Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin noyabrın 17-də Azərbaycana səfərə gəlib.
Bizim.Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Rusiya Hökumətinin sədrini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Xələf Xələfov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılayıblar.
Rusiya hökumətinin başçısı prezident İlham Əliyev və baş nazir Əli Əsədovla görüşlər keçirəcək.
Mişustin XI Rusiya-Azərbaycan Regionlararası Forumunun plenar iclasında da iştirak edəcək.
Bizim.Media