Fransa Senatının qətnaməsini Makron təsdiqləyəcəkmi? - Sabiq nazirdən AÇIQLAMA

Fransa Senatının qətnaməsini Makron təsdiqləyəcəkmi? - Sabiq nazirdən AÇIQLAMA

Hazırda oxunan: Fransa Senatının qətnaməsini Makron təsdiqləyəcəkmi? - Sabiq nazirdən AÇIQLAMA

104897

Xəbər verdiyimiz kimi, noyabrın 13-də Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə qəbul edib. Qurumun rəsmi saytında yayılmış xəbərdə göstərilib ki, senatın 295 üzvü sənədin leyhinə, 1 üzvü isə əleyhinə səs verib. Fransa parlamentinin yuxarı palatasının qərarı Fransa və Azərbaycan liderləri arasında bir neçə gün öncə baş tutan telefon danışığından sonraya təsadüf edib. 

Maraqlıdır, Fransa Senatının qətnaməsini ölkə prezidenti Emmanuel Makron təsdiqləyəcəkmi?

Bizim.Media-ya Fransa Senatının qətnaməsinin Makron tərəfindən təsdiqlənməsinə dair sualı cavablandıran sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov söyləyib ki, hər şey ola bilər:
 

MÖVZU İLƏ BAĞLI:

Fransanın ikiüzlü siyasəti – Azərbaycan əleyhinə QƏTNAMƏ 


“Fransa Prezidenti Emmanuel Makronun Senatın son qətnaməsini təsdiq edəcəyinə inanmıram. Amma istisna deyil. Hər şey ola bilər. Əvvəllər Fransa Prezidenti belə bir bəyanat verirdi ki, biz hər zaman orta mövqedə olmalıyıq. Lakin hadisələrin son inkişafı göstərdi ki, Fransa Ermənistan-Azərbaycan münasibətlərində öz neytrallığını saxlaya bilmir. Üstəlik, Azərbaycanın tutduğu prinsipial mövqe də Fransanı küncə sıxışdırıb. Artıq Fransanın vasitəçiliyinə ehtiyac qalmayıb. Ona görə də, Makronun son çıxışları və Senatın qəbul etdiyi qətnamə göstərir ki, Fransa vasitəçilikdən geri çəkilə bilər. Belə bir hal olarsa, o zaman Makron Senatın qəbul etdiyi qətnaməni təsdiqləyəcək”.

Sabiq nazir onu da əlavə edib ki, hər şey yaxın günlərdə bəlli olacaq:

“Çox ehtimal ki, yeni ilə qədər Makronun bu sənədi qəbul edib-etməyəcəyi məlum olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO