Respondentlərin 94,7 faizi Prezident İlham Əliyevə etibar edir - SORĞU

Respondentlərin 94,7 faizi Prezident İlham Əliyevə etibar edir - SORĞU

Hazırda oxunan: Respondentlərin 94,7 faizi Prezident İlham Əliyevə etibar edir - SORĞU

104839

Azərbaycanda respondentlərin 94,7 faizi Prezident İlham Əliyevə etibar edir.

Bizim.Media xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin (STM) 2022-ci ilin may-avqust aylarında keçirdiyi rəy sorğusunun nəticələri göstərir.

Sorğunun nəticələrinə əsasən, rəyi soruşulanların 94,7 faizi Prezident İlham Əliyevə etibar etdiyini söyləyib.

Respondentlərin 84.7%-i Prezidentə tam etibar etdiyini, 10.6%-i isə əsasən etibar etdiyini bildirib. 

Rəyi soruşulanların cəmi 2.9% respondent əsasən etibar etmədiyini, 1.3% respondent heç etibar etmədiyini qeyd edib. Respondentlərin 0.5%-i bu barədə mövqe bildirməkdə çətinlik çəkib. 

Sorğuda hakimiyyətin digər qollarına, parlament və məhkəmə təsisatlarına olan ictimai inam və etimad səviyyəsi də öyrənilib. Respondentlərin 31.6%-i Milli Məclisə tam etibar etdiyini, 31.7%-i əsasən etibar etdiyini bəyan edib. Respondentlərin 9.8%-i əsasən etibar etmədiyini, 22.3%-i isə heç etibar etmədiyini bildirib. 4.7% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib.

Qeyd edək ki, sorğu Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarında keçirilib və 1068 respondentin rəyi öyrənilib. Tədqiqat çərçivəsində respondentlərin seçimində təsadüfi seçmənin klaster üsulundan istifadə edilib. Respondentlərin seçimində gender balansı qorunub. Sorğuda əhatə edilmiş respondent sayına (1068 nəfər) əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edib. Sorğunun hər respondent üzrə orta davametmə müddəti 17 dəqiqə 4 saniyədir. Sahə işi 2022-ci ilin 12 sentyabr– 27 sentyabr tarixlərində icra edilib.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO