Xəbər verdiyimiz kimi, Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib. Sənəddə hətta Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması da təklif edilir.
Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, senatın qərarının nə Fransa, nə də Azərbaycan üçün heç bir hüquqi nəticələri olmayacaq:
“Yəqin həmişə olduğu kimi, Fransa tərəfi rəsmi Bakının etiraz notasına cavab olaraq bildirəcək ki, Senatın qəbul etdiyi qərar sadəcə qanunverici orqanın mövqeyidir.
Fransanın siyasətini formalaşdıran isə icraçı hakimiyyətdir və onun da mövqeyi bəllidir.
Təbii ki, belə bir qərarın verilməsi fonunda hesab edirəm ki, Azərbaycan Parisin “vasitəçilik” cəhdlərinə birmənalı olaraq birdəfəlik son qoymalıdır. Qəti şəkildə bəyan etməliyik ki, Parisin vasitəçiliyi qəbul olunmazdır”.
T.Zülfüqarov deyir ki, Fransa Senatının bu qərarı Avropa Birliyinin Bakı ilə İrəvan arasında sülh müqaviləsi prosesindəki təşəbbüsünü də sual altına qoyur:
“Fransa hazırda Avropa İttifaqında dominantlıq etməyə iddialıdır. Bu baxımdan da bəyan etməliyik ki, Brüsselin texniki yardım fonunda etidkləri təşəbbüsləri qəbul etsək də Parisin mövqeyi səbəbindən siyasi baxımdan onların vasitəçiliyi qəbul edilməzdir”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:30 / 16.11.2022
Tofiq Zülfüqarov Fransanın sirlərini açdı: “Paris belə cavab verəcək”
Hazırda oxunan: Tofiq Zülfüqarov Fransanın sirlərini açdı: “Paris belə cavab verəcək”
Hazırda oxunan: Tofiq Zülfüqarov Fransanın sirlərini açdı: “Paris belə cavab verəcək”
104724
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.