Ombudsman Fransa Senatının qətnaməsini pislədi: “Yeni münaqişə ocağı yaradırlar”

Ombudsman Fransa Senatının qətnaməsini pislədi: “Yeni münaqişə ocağı yaradırlar”

Hazırda oxunan: Ombudsman Fransa Senatının qətnaməsini pislədi: “Yeni münaqişə ocağı yaradırlar”

104649

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Fransa Senatında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə dair bəyanat yayıb.

Ombudsman Aparatından Bizim.Media-ya verilən xəbərə görə, bəyanatda bildirilir ki, 15 noyabr 2022-ci il tarixində Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qərəzli, həqiqətdən kənar, ikili standartlara yönəlik bir kağız parçası olmaqla bərabər Fransa Respublikasında beynəlxalq hüququn, beynəlxalq humanitar hüququn və beynəlxalq insan hüquqları hüququnun süqut etdiyinin bariz göstəricisidir:

"Azərbaycan torpaqlarının 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalı, mülki əhaliyə qarşı törədilmiş qırğınlar, şəhər və kəndlərin talan edilməsi, yüzminlərlə məcburi köçkünlərin hüquqlarının qəddarcasına tapdanması, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında etnik təmizləmə siyasəti həyata keçirməsi, 30 il işğal müddətində və 2020-ci il Vətən müharibəsindən sonra torpaqlarımızın minalarla çirkləndirilməsi ilə bağlı faktlar da qəbul edilən qətnamədə nəzərə alınmayıb.

Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya unutmayıb.

Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmış, soyqırım siyasəti yürüdüb, 1,5 milyon əlcəzairlinin ölümünə səbəb olub. Təəssüflə qeyd etmək istərdim ki, Fransa Senatının üzvləri tarixdən dərs götürmələri əvəzinə bu qətnamə ilə milli dini ədavəti qızışdırmaqla yeni münaqişə ocaqları yaratmaq istəyirlər

Fransa Senatının bu qətnaməsini bir daha qətiyyətlə pisləyir, bölgədə sülh, sabitlik və tərəqqiyə xələl gətirəcək, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olacaq bir təxribatçı addım kimi qiymətləndirirəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO