Ədalətin FRANSIZLIĞI – “Senatın bu qətnaməsinin heç bir perspektivi yoxdur” – Fərid Şəfiyev

Ədalətin FRANSIZLIĞI – “Senatın bu qətnaməsinin heç bir perspektivi yoxdur” – Fərid Şəfiyev

Hazırda oxunan: Ədalətin FRANSIZLIĞI – “Senatın bu qətnaməsinin heç bir perspektivi yoxdur” – Fərid Şəfiyev

104631

Fransanın ardarda Azərbaycana qarşı atdığı destruktiv addımlar nə Avropa, nə də region üçün yaxşı heç nə vəd eləmir. Əslində rəsmi Bakının və Azərbaycan xalqının Makron diplomatiyasından elə bir gözləntisi də yoxdur. Ötən gün Fransa senatının qəbul etdiyi qərar da ölkəmiz üçün sıradan bir qaralanmış kağız parçası effekti daşıyır. Amma bütün bu olanlar münasibətdir və Azərbaycan Fransa dövlətinin ona yönəlik həqiqi niyyətlərini aşkarlamış olur.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev də məsələyə elə bu rakursdan baxır.

O, Bizim.Media-ya danışarkən bildirib ki, Fransanın mövqeyi bizə aydındır və Paris özünü hörmətdən salır:
 

MÖVZU İLƏ BAĞLI:

“ABŞ-ın sülh planı deyə bir şey yoxdur” – Fərid Şəfiyevdən Putinin açıqlamalarının ŞƏRHİ


“Bu ölkənin qanunverici orqanı daha öncə də anti-Azərbaycan qətnamələri qəbul edib.

Baxmayaqraq ki, o qətnamələrin heç bir praktik effekti yoxdur. Əslində bu addımları ilə Fransa regiondakı öz maraqlarına zərbə vurur. Bəlkə elə buna görədir ki, Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işləmək istəmədi. Çünki, orda Fransa vardı. Və Fransa məsələyə heç zaman obyektiv yanaşa bilmir. Ona görə də bundan sonra da Fransanın bütün təşəbbüslərinə biz çox ehtiyatla yanaşmalıyıq. Təkrar edirəm ki, Senatın bu qətnaməsinin heç bir prspektivi yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO