Türkiyənin Daxili İşlər naziri Süleyman Soylunun “ABŞ-ın başsağlığını qəbul etmirik” bəyanatı aydın səmada şimşək effekti verdi. Türkiyəli nazir bununla ABŞ-ın və bəzi Qərb dövlətlərinin ikilistandartlarına və terrora açıq şəkildə dəstək verdiyini ortaya tökdü.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov bildirdi ki, Türkiyə və ABŞ arasında bir çox məsələlərdə mövqe fərqliliyi var:
MÖVZU İLƏ BAĞLI:
“ABŞ eyni vaxtda həm İrana, həm də Ermənistana XƏBƏRDARLIQ etdi” – Tofiq Zülfüqarov
“Xüsusilə də bəzi silahlı qrupların terror təşkilatı kimi tanınması məsələsində bu ölkələr fərli mövqedən çıxış edir. Bildiyiniz kimi, PKK və YPG kimi təşkilatları ABŞ terror təşkilatı kimi tanımır. Üstəlik, ABŞ bu təşkilatlara yardımlar edir.Onlara hərbi təlimlər keçirlər, silah-sursat verir”.
Tofiq Zülfüqarovun sözlərinə görə, bəyanat onu göstərir ki, Türkiyə tərəfi bu məsələləri diqqət altında saxlayır:
“Rəsmi Ankara hesab edir ki, PKK və YPG kimi terror təşkilatları ilə əməkdaşlıq birmənalı terrorun təşviqi kimi qəbul olunmalıdır. Yəni, İstanbulda bomba partladanla və ona göstəriş verən terror təşkilatı ilə terroru dəstəkləyən dövlətlərlə eyni sırada dayanır, eyni məsuliyyəti daşıyır. Bu baxımdan Süleyman Soylunun bəyanatı çox məntiqlidir”.
Surxay Atakişiyev, Bizim.Media