Fransa Senatı hökuməti qondarma “Artsax Respublikası”nın müstəqilliyini tanımağa və Azərbaycan rəhbərliyinə qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnamə qəbul edib.
Bizim.Media xəbər verir ki, ümumulikdə 332 senatorun təmsil olunduğu Senatda səsvermədə 296 nəfər iştirak edib. Onlardan 295 nəfər sənədin lehinə, cəmi 1 nəfər isə əleyhinə səs verib.
Sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilib.
“Biz Fransa hökumətini avropalı müttəfiqləri ilə birlikdə Azərbaycanın yeni hücumlarına ən güclü və adekvat cavab vasitələrini, eləcə də Azərbaycan qazının və neftinin idxalına dair qadağanın tətbiqi imkanlarını nəzərdən keçirməyə çağırırıq”, - deyə qətnamədə qeyd edilib.
Bundan əlavə, qətnamə layihəsində milyonlarla azərbaycanlının 30 illik işğal ərzində fundamental insan hüquqlarından məhrum olunduqları, müharibə cinayətlərinə məruz qaldıqları və digər faktların nəzərə alınmadığına, Azərbaycana isə təcavüzkar rolu ayrıldığına diqqət cəlb edilib.
Qeyd edək ki, qətnamə tövsiyə xarakteri daşıyır və hüquqi qüvvəyə malik deyil.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:23 / 15.11.2022
Fransanın ikiüzlü siyasəti – Azərbaycan əleyhinə QƏTNAMƏ
Hazırda oxunan: Fransanın ikiüzlü siyasəti – Azərbaycan əleyhinə QƏTNAMƏ
Hazırda oxunan: Fransanın ikiüzlü siyasəti – Azərbaycan əleyhinə QƏTNAMƏ
104544
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.