"Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub".
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqayla birgə mətbuata bəyanatı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
Prezident İlham Əliyev Albaniyada səfərdədir - FOTO/VİDEO
"Biz bunu çox yüksək qiymətləndiririk. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatları, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk. İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq öz əzəli torpaqlarımızı işğaldan azad etdik. Beynəlxalq hüququ və ədaləti bərpa etdik", - dövlət başçısı deyib.
Bizim.Media