Şoyqu Arutyunyanla Qarabağdakı vəziyyəti müzakirə etdi

Şoyqu Arutyunyanla Qarabağdakı vəziyyəti müzakirə etdi

Hazırda oxunan: Şoyqu Arutyunyanla Qarabağdakı vəziyyəti müzakirə etdi

10416

Fevralın 1-də Rusiyanın müdafiə naziri Sergey Şoyqunun erməni həmkarı Vaqarşak Arutyunyanla telefon danışığı olub.

Bizim.Media erməni KİV-lərinə istinadla xəbər verir ki, nazirlər ötən həftə keçirilən Ermənistan-Rusiya hərbi əməkdaşlığına dair ikitərəfli qərargah danışıqlarının nəticələrini, müharibədən sonrakı dövrdə Ermənistanın təhlükəsizlik məsələlərinin həllini müzakirə ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

''Qarabağda 32 şəhərcik qurulacaq'' - Şoyqu planlardan danışdı


V.Arutyunyan Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin fəaliyyətindən məmnunluğunu ifadə edib.

Bunun effektivliyinin ən yaxşı sübutu kimi dekabr və yanvar aylarında ciddi hadisələrin qeydə alınmadığını, atəşkəs rejiminə demək olar ki, əməl edildiyini göstərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO