Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 11-də Özbəkistana səfəri, Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşündə iştirakı və bu mötəbər qurumun tribunasındakı çıxışı Rumıniya, Bolqarıstan və Xorvatiyanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Bizim.Media xəbər verir ki, rumın, ingilis, bolqar və xorvat dillərində yayımlanan xəbərlərdə Azərbaycan Prezidentinin çıxışında səsləndirdiyi fikirlər müxtəlif sərlövhələrlə izləyicilərin diqqətinə çatdırılıb.
Dövlətimizin başçısının tədbirdəki nitqinə və Səmərqənddə keçirdiyi ikitərəfli görüşlərə geniş yer ayıran KİV-lər Prezident İlham Əliyevin bütün türk dünyasını maraqlandıran ən aktual məsələlərdən bəhs etdiyini bildirib.
Məlumatlarda Azərbaycan Prezidentinin çıxışında Qarabağ münaqişəsinin tarixdə qalması, islamofobiya və türkofobiyanın Ermənistanın rəsmi ideologiyasına çevrilməsi ilə yanaşı, türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın problemlərinə toxunmasına da diqqət yetirilib.
Bundan əlavə, məlumatlarda Prezident İlham Əliyevin məcburi köçkünlərin Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışı ilə əlaqədar aparılan nəhəng bərpa və quruculuq işləri barədə fikirləri yer alıb.
Məlumatlarda, həmçinin Azərbaycan Prezidentinin türk dövlətləri başçılarını Qarabağa və Şərqi Zəngəzura səfərə dəvət etməsindən yazılıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:24 / 13.11.2022
3 ölkə mətbuatı İlham Əliyevin Səmərqənddəki çıxışından yazdı - FOTO
Hazırda oxunan: 3 ölkə mətbuatı İlham Əliyevin Səmərqənddəki çıxışından yazdı - FOTO
Hazırda oxunan: 3 ölkə mətbuatı İlham Əliyevin Səmərqənddəki çıxışından yazdı - FOTO
104051
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.