Milli Məclisin İntizam komissiyasının yeni tərkibi müəyyənləşib.
Bizim.Media-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb və qəbul edilib.
MÖVZU İLƏ BAĞLI:
Parlamentin yaz sessiyasının ilk plenar iclası başladı - Gündəlikdə nələr var?
Qanun layihəsinə əsasən Milli Məclisin İntizam Komissiyasının yeni tərkibi müəyyənləşib.
Komissiyaya deputatlar Fəzail Ağamalı, Nurlan Həsənov, Afət Həsənova, Məlahət İbrahimqızı, Eldar İbrahimov, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Səttar Möhbalıyev, Madər Musayev, Nizami Səfərov daxildir.
Bizim.Media