“Nikol anlamır ki, sərhədləri özləri qorumalıdır” – Politoloqdan Paşinyanın açıqlamalarına REAKSİYA

“Nikol anlamır ki, sərhədləri özləri qorumalıdır” – Politoloqdan Paşinyanın açıqlamalarına REAKSİYA

Hazırda oxunan: “Nikol anlamır ki, sərhədləri özləri qorumalıdır” – Politoloqdan Paşinyanın açıqlamalarına REAKSİYA

103969

“Məğlub ölkənin çökmüş lideri geri dönüş nöqtəsinə yaxınlaşır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin sədri, politoloq Fərhad Məmmədov sosial şəbəkə hesabında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistan Azərbaycanla sülh barədə Türkiyənin mövqeyini qəbul edir” – Paşinyan


Politoloq Ermənistanın Baş naziri Nikol Paşinyanın son bəyanatlarını şərh edərkən əlavə edir ki, sülh prosesini poza biləcək addımlara qarşı Azərbaycan adekvat hərəkət etməli olacaq:

“Paşinyan Qarabağ haqqında danışmağa davam edir. O, Rusiya sülhməramlılarını gündəmə gətirir, Qarabağ ermənilərinin rəhbərliyini tərəf kimi təqdim etməyə çalışır. Lakin bu yolverilməz və qəbuledilməzdir. Paşinyan da bunu bilir. 2020-ci il noyabrın 10-dan sonra Ermənistanın Qarabağla bağlı fikirlərinin heç bir əsası yoxdur və bu tarixdən sonra heç bir sənəd yoxdur ki, Qarabağla bağlı bir müddəa qeyd olunsun. Paşinyan Qarabağ ermənilərinə vəsait ayırmağa davam edəcəyini deyir. Beləliklə, o, öz nasist cəmiyyətinə kömək etmək istədiyini, amma edə bilməyəcəyini izah etməyə çalışır”.

Fərhad Məmmədov Paşinyanın Rusiya sülhməramlıları ilə bağlı, eləcə də digər açıqlamalarına da münasibət bildirib:

“Nikol bəyan edir ki, sülhməramlılar qeyri-müəyyən müddətə Qarabağda olmalıdır və bunun üçün beynəlxalq mexanizm tapacaq. Yaxşı, qoy axtarsın, Fransa və Rusiya da ona kömək etsin. Görək 2025-ci ildən sonra sülhməramlılar hara gedəcək? 2025-ci ildən sonra bizə sülhməramlılar lazım deyil, biz onlardan istifadə etmişik və bu kifayətdir. Bundan əlavə, sərhədlərlə bağlı fikirlərində də Paşinyan Ermənistan liderlərinin klassik nümunəsini göstərdi. O, Ermənistanın sərhədlərini etibar etdiyi xarici ölkələri və beynəlxalq təşkilatları sadaladı.

Lakin o anlamır ki, ölkə sərhədləri müstəqil olaraq qoruna bilər və qorunmalıdır. Yaxşı, o bunu hardan bilsin?! Ermənilərin nisbi müstəqillik tarixində belə olmayıb axı. Onlar bunu başa düşmürlər. Kapitulyant bəyan edir ki, zaminsiz Azərbaycanla sülh müqaviləsi bağlaya bilməz. Çünki Azərbaycanın müharibəyə başlamayacağına inanmır. Və bunu Ermənistanın 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını iddia edən bir “varlıq” deyir. O, “lider” ki, “Qarabağ Ermənistandır və nöqtə” ifadəsini səsləndirib, sonra da başına nida işarəsi dəyərək təslimiyyət sənədinə imza atıb”.

Azərbaycanlıların soyqırımını və etnik təmizləməsini həyata keçirən ölkənin lideri iddia edir ki, Azərbaycan soyqırıma hazırlaşır. Bəs, ermənilər Azərbaycanda yaşamağa davam edirsə, hansı soyqırımıdan söhbət gedə bilər? Paşinyan bunu da başa düşə bilmir”.

Politoloq əlavə edib ki, mövcud vəziyyəti nəzərə alaraq, Azərbaycan rəhbərliyi “dəli İcevan tülküsü”nə cavab olaraq vasitəçilərə xəbər verməlidir, əks halda bunun nəticələrinə görə vasitəçilər günahkar olacaqlar:
 

“Ermənistanın sülhə nail olmaq istəmədiyini və müəyyən müddətdən sonra ehtiyatlı və ağrılı addımlar atdığını vasitəçilərə nümayiş etdirmək vacibdir. Ermənistan cəmiyyəti və Qarabağ erməniləri başa düşməlidir ki, Azərbaycanın qarşısını heç kim ala bilməz. Hətta mümkün sanksiyaların təzyiqi və Rusiya ilə münasibətlərin mürəkkəbləşməsi halında belə bu, qeyri-mümkündür.


Və beləliklə, təbii ki, Paşinyan sülh müqaviləsi prosesini dalana dirəməyə çalışır ki, bu da “sürünən” durumu dəyişmək, Ermənistanın vəziyyətdən destruktiv məqsədlər üçün istifadə imkanlarını məhdudlaşdırmaqla aradan qaldırıla bilər”.

Murad Əhmədov, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO