“ABŞ eyni vaxtda həm İrana, həm də Ermənistana XƏBƏRDARLIQ etdi” – Tofiq Zülfüqarov 

“ABŞ eyni vaxtda həm İrana, həm də Ermənistana XƏBƏRDARLIQ etdi” – Tofiq Zülfüqarov 

Hazırda oxunan: “ABŞ eyni vaxtda həm İrana, həm də Ermənistana XƏBƏRDARLIQ etdi” – Tofiq Zülfüqarov 

103791

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə jurnalistin İrandan Azərbaycana qarşı artan kəskin ritorikaya Vaşinqtonun mövqeyi necə olacaq sualına cavab verərkən deyib ki, təmsil olunduğu ölkə tərəfdaş ölkələrin yanında olmağa davam edəcək:

“İranın bölgə üçün təhlükə olduğunu çox açıq şəkildə bildirdik. Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəticədə İranın öz regionunda və bəlkə də ondan kənarda göstərdiyi sabitliyi pozan təsirə qarşı müqavimət göstərməyə davam edəcəyik”.
Qeyd edək ki, son zamanlar İranın Azərbaycana qarşı təhdidləri xeyli artıb. İranın müxtəlif səpkili rəsmiləri Azərbaycanı hədələməkdə davam edirlər. Bu yaxınlarda onlar hətta Azərbaycan sərhədi boyunca hərbi təlimlər də keçiriblər. Eyni zamanda, Tehran Qərbə doğru yol götürən Ermənistanla əlaqələri genişləndirir, onu silahla təchiz edir. Bu fonda Türkiyənin ardınca ABŞ artıq ikinci ölkədir ki, İranın Azərbaycana qarşı təhdidlərinə göz yummayacağını bildirir. 

Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edir ki, ABŞ rəsmisinin həmin açıqlamasından sonra İrandakı gərginlik yaratmaqda maraqlı olan qüvvələr artıq daha ehtiyatlı davranmağa məhkum olacaqlar:
 

MÖVZU İLƏ BAĞLI:

“ABŞ-da keçirilən son seçkilər erməni diasporunun ümidlərini puç elədi” – Tofiq Zülfüqarov


“ABŞ rəsmisinin belə bir dəstək ifadə etməsi müsbət bir açıqlamadır.

Belə bir açıqlama süni şəkildə Bakı-Tehran əlaqələrinə gərginlik gətirməkdə davam edən İran rəhbərliyindəki bəzi dairələrə ciddi bir xəbərdarlıqdır. Bu baxımdan həmin dairələr artıq sözügedən məsələdə daha ehtiyatlı davranmağa məcbur olacaqlar. Azərbaycanın hərbi müttəfiqi hər zaman yanımızdadır. Türkiyə NATO-da gücünə görə ikinci ordudur.

Bu tərəfdən də ABŞ Azərbaycana dəstək ifadə edib. Belədə İrandakı həmin dairələr anlamalıdırlar ki, gərginlik yaratmaq ilk növbədə onların özlərinə ziyan vuracaq. Azərbaycan Prezidenti də məsələyə cavab verərək deyib ki, İranın hədələri ölkəmizi qorxutmur və Bakı öz siyasi kursunu davam etdirəcək”. 

Sabiq diplomat düşünür ki, ABŞ rəsmisinin açıqlaması həm də Ermənistana ünvanlanıb:

“Son zamanlar İranla Ermənistan rəhbərləri əməkdaşlıq adı altında müxtəlif səviyyələrdə öz siyasətlərinin yaxınlaşmasını təmin edirlər. Bu həm hərbi, həm siyasi, həm də iqtisadi sahəyə aiddir. Belə olan halda Dövlət Departamenti rəsmisinin verdiyi açıqlama onu göstərir ki, bəyanat həmçinin İrəvana da xəbərdarlıqdır.

Çünki Ermənistanın regionda İran kartı ilə oynaması heç kəsə xeyir gətirməyəcək. Ona görə hesab edirəm ki, Vaşinqtondan verilən bəyanat həmçinin Ermənistana xəbərdarlıqdır. Bununla göstərirlər ki, İranla mütəffiqlik Ermənistanın xeyrinə deyil və ABŞ İrəvanın bu istiqamətdəki siyasətinə dəstək verməyəcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO