Türk Dövlətləri Təşkilatından İrana CAVAB: “Ankara Naxçıvanı öz qarantı altına götürəcək”

Türk Dövlətləri Təşkilatından İrana CAVAB: “Ankara Naxçıvanı öz qarantı altına götürəcək”

Hazırda oxunan: Türk Dövlətləri Təşkilatından İrana CAVAB: “Ankara Naxçıvanı öz qarantı altına götürəcək”

103651

“Türkiyə XİN rəhbərinin Türk Dövlətləri Təşkilatının (TDT) Səmərqənd görüşündə təşkilatın Naxçıvan Sazişində dəyişiklik ediləcəyilə bağlı verdiyi açıqlaması Ankaranın Azərbaycanla birlikdə diplomatik vasitələrlə İranın əsassız iddialarının qarşısını almaq, Naxçıvanın təhlükəsizliyini təmin etmək məqsədi daşıyır”.

Bunu Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Amid Əliyev Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun TDT-nin Səmərqənd görüşündə təşkilatın Naxçıvan Sazişində dəyişikliklər ediləcəyilə bağlı səsləndirdiyi fikrə münasibət bildirərkən deyib:

“Son günlər İran tərəfindən Azərbaycan qarşı təhdidlərin artdığını görürük. İran tərəfi Naxçıvanın muxtar respublika statusunun ləğvi və həmin ərazilərin guya İrana məxsus olduğu barədə cəfəng fikrlər səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Türk Dövlətləri Təşkilatının SAMMİTİ: - Hansı qərarlar qəbul ediləcək?


Naxçıvanın hüquqi statusu keçən əsrin 20-ci illərində reallaşıb. Həmin zamandan Türkiyə Azərbaycanın Naxçıvan bölgəsinin təhlükəsizliyinin qarantı rolunda çıxış edir. TDT çərçivəsində indi əsas diqqəti çəkən məqamlardan biri də Zəngəzur dəhlizinin Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında əlaqəni təmin etməsi məsələsidir”.

Ekspert qeyd edir ki, Çavuşoğlunun açıqlamasında vurğu Naxçıvanın təhlükəsizliyinin təmin edilməsi, yeni dəhlizin açılması və İranın Azərbaycana qarşı təhdidlərinin neytrallaşdırılması üçün Naxçıvan Sazişinin yenidən işlənib hazırlanmalı olduğuna yönəlib:

“Böyük ehtimalla məhz bu təhdidlərin qarşısını almaq üçün həmin saziş daha da gücləndiriləcək və bununla da Ankaranın qarant rolunda çıxış etməsi, Naxçıvanın təhlükəsizliyinin təmini, Zəngəzur dəhlizinin Naxçıvandan keçərək Türkiyə və əks istiqamətdə orta dəhliz rolu oynamasının əhəmiyyəti xüsusi olaraq qiymətləndiriləcək.

Səmərqənddə TDT-nin XİN rəhbərləri görüşündə həmin məsələnin qaldırılması bir daha ondan xəbər verir ki, diplomatik kanallar vasitəsilə sazişin yenidən işlənib hazırlanması və onun daha da gücləndirilməsi nəzərdə tutulur.
İki qardaş ölkə arasında imzalanan Şuşa bəyannaməsi də artıq yeni reallıqları qiymətləndirir. Güman ki, Şuşa bəyannaməsi də məcbur edir ki, Naxçıvanla bağlı olan saziş yenilənsin, təzələnsin”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO