Azərbaycan və Ermənistan arasında hansı görüşlər gözlənilir? – Noyabr TEZİSLƏRİ

Azərbaycan və Ermənistan arasında hansı görüşlər gözlənilir? – Noyabr TEZİSLƏRİ

Hazırda oxunan: Azərbaycan və Ermənistan arasında hansı görüşlər gözlənilir? – Noyabr TEZİSLƏRİ

103459

Son zamanlar Azərbaycan və Ermənistan rəsmiləri arasında müxtəlif səpkili görüşlər intensivləşib. 

Qeyd edək ki, bu görüşlər üç istiqamətdə davam edir. Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin görüşü fonunda ölkə liderləri, xarici işlər nazirləri və baş nazirin müavinləri səviyyəsində.  

Oktyabrın 31-də Soçidə Rusiya Prezidenti Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə, Ermənsitan baş naziri Nikol Paşinyan arasında görüş oldu.

Ardınca, noyabrın 7-də Vaşinqtonda iki ölkənin xarici işlər nazirləri görüşdü. Proses ondan xəbər verir ki, cari ilin bu son iki ayı ərzində ii ölkə rəsmiləri arasında bu sayaq təmaslar daha da sürətlənəcək.   

Qeyd edək ki, Azərbaycan və Ermənistanın baş nazir müavinləri Şahin Mustafayevlə Mher Qriqoryan arasında üçüncü görüşü Belçikanın paytaxtı Brüsseldə keçirilməlidir. Dəqiq tarix göstərilməsə də, belə bir görüşün noyabr ayı ərzində reallaşacağı gözlənilir. Bununla bağlı razılıq əldə olunub. 

Oktyabrın 6-da Praqada olan dördtərəfli görüşdə isə noyabrın sonunda dövlət başçılarının Brüsseldə növbəti görüşü razılaşdırılıb.

O vaxta qədər isə sülh müqaviləsinin mətni müzakirə predmeti olmalı və tam razılaşdırılmalıdır. Bu müzakirələrin nəticəsi olaraq da konkret mətn razılaşdırılmaqla iki ölkə liderlərinin qarşısına çıxarılacaq.
 

Bu məqam isə onu deməyə əsas verir ki, iki ölkənin xarici işlər nazirləri Vaşinqtonda razılaşdırılmayan detallar barədə razılığa gəlmək üçün dövlət başçılarının görüşünə qədər daha bir dəfə görüşə bilərlər. Həmin görüş də noyabr ayı ərzində Brüsseldə olacaq. 


Görünən odur ki, noyabr ayı Azərbaycan-Ermənistan görüşləri baxımından daha intensiv xarakter daşıyacaq. Çünki əldə olunan ümumi razılaşmalara görə, ilin sonuna qədər Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa razılıq verib.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO