“ABŞ-da keçirilən son seçkilər erməni diasporunun ümidlərini puç elədi” – Tofiq Zülfüqarov

“ABŞ-da keçirilən son seçkilər erməni diasporunun ümidlərini puç elədi” – Tofiq Zülfüqarov

Hazırda oxunan: “ABŞ-da keçirilən son seçkilər erməni diasporunun ümidlərini puç elədi” – Tofiq Zülfüqarov

103451

ABŞ-da noyabrın 8-də keçirilən aralıq seçkilərlə bağlı olan son vəziyyət göstərir ki, həm Nümayəndələr Palatası, həm də Senatda müxalifətdə olan Respublikaçıların qələbə çalmaq şansları daha yüksəkdir. 

Belə ki, ilkin nəticələrə görə, Nümayəndələr Palatasına seçkilərdə Demokratlar - 97 yerə sahib olublar ki, bu da əvvəlki seçkilərlə müqayisədə 4 səsin itirilməsi deməkdir. Respublikaçılar isə əvvəlki seçkilə müqayisədə daha 2 səs qazanaraq parlamentin aşağı palatasında 151 yer əldə ediblər. 

Senata seçkilər də Respublikaçıların üstünlüyülə keçib. Belə ki, Demokratlar 41 yer, Respublikaçılar isə 44 yer qazanıb. Digər iki yeri isə bitərəflər tutub. 

Görəsən, ABŞ-da keçirilən aralıq seçkilər Ağ Ev adminstrasiyasının siyasətinə hansısa formada təsir edəcəkmi? 

Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edir ki, aralıq seçkilərin ilkin nəticəsi ABŞ-dakı erməni diasporunun ümidlərinin puça çıxdığına işarədir:

“Həm Nümayəndələr Palatası, həm də Senatda Respublikaçıların üstünlük qazanması onu göstərir ki, nəticə həmin partiya üçün gözləniləndən də yaxşı olub. Əvvəlki dövrdə Respublikaçıların Senatda üstünlük qazanmaları məsələsi bir qədər sual altında idi. Hazırkı Ağ Ev adminstrasiyasının erməni diasporunun səsini qazanmaq üçün bir çox hallarda ermənipərəst mövqe sərgilədiyini görürdük. Amma aralıq seçkilərlə Demokratların hər iki qanunverici orqanda üstünlüyü itirməsi fonunda hiss olunur ki, artıq erməni seçicilərinə güvənmək meylləri azalacaq.

Hər halda bunun baş verəcəyini gözləməyinə dəyər. Ermənilər ötən prezident seçkilərində də respublikaçı Donald Trampa qarşı olublar. İndi də görünür ki, erməni diasporu Bayden adminstrasiyasını seçib. 
 

Məntiq onu deyir ki, hər iki palatada Respublikaçıların üstünlük qazanması istər-istəməz ermənipərəst meyllərə güvənmək istiqamətində sözügedən diasporun ziyanına olacaq hansısa dəyişikliklərə gətirib çıxara bilər. 


Seçkilərin nəticəsi istər-istəməz Bayden adminstrasiyasının Rusiya, İranla bağlı siyasətinə də müəyyən dərəcədə təsir edəcək. Amma bu dəyişiklik Ukrayna siyasətində özünü o qədər də göstərməyəcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO