"Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar syasət aparır. Məscidləri dağıdan müsəlman ölkələri ilə dost ola bilməz”.
Bizim.Media xəbər verir ki, bunu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, məscidləri dağıdana müsəlman ölkələrinin rəhbərləri qucaq aça bilməz, bilər?
MÖVZU İLƏ BAĞLI:
Prezident: “Erməni silahlı qüvvələri Qarabağda nə gəzir?” - VİDEO
O bildirib ki, onları qucaqlayıb öpə bilər?
İlham Əliyev sonra deyib ki, bu, riyakarlıqdır:
“Bu satqınlıqdır. Bunun başqa adı yoxdur. Ona görə müsəlman aləmində biz Ermənistanı əsas dayaqlardan təcrid etdik. Düzdür, tam təcrid edə bilmədik. Bunun başqa səbəbləri var. Bax dediyim, riyakarlıq. Ancaq bütövlükdə Ermənistan müsəlman aləmində məscidləri dağıdan, təhqir edən ölkə kimi tanındı”.
Bizim.Media