“Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Şuşa şəhərində Zəfər Günü münasibətilə keçirilən tədbirdə deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış etdi - FOTO - VİDEO
Dövlət başçısı qeyd edib ki, Şuşa həqiqətən alınmaz qala sayılır:
“Şuşanı yüngül silahlarla təchiz edilmiş qəhrəman hərbçilərimiz azad edəndə onlar ölümə gedirdilər. Vətən uğrunda, torpaq uğrunda ölümə gedirdilər. Hər birimiz yaxşı anlayırdıq ki, Şuşasız bizim tam qələbəmiz mümkün olmayacaq”.
Bizim.Media