Noyabrın 7-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan görüşüblər.
Bizim.Media Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, görüşün baş tutduğu Blair House-da, nazirlərin ABŞ dövlət katibi Entoni Blinken ilə birgə görüşü də keçirilib.
Nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparıb, hələ də həll edilməli olan bir sıra məsələlər olduğunu qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramovun Ararat Mirzoyanla görüşü başladı - FOTO
Hər iki tərəf Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 6-da Praqada, oktyabrın 31-də isə Soçidə keçirdikləri görüşlərdə götürdükləri öhdəlikləri bir daha təsdiq edib.
Onlar danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəlib.
Hər iki nazir Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə təşəkkürünü bildirib.
Bizim.Media