Azərbaycanda Zəfər Günü qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

Hazırda oxunan: Azərbaycanda Zəfər Günü qeyd olunur

103257

Noyabrın 8-də Azərbaycanın Qarabağda qazandığı Böyük Qələbənin ikinci ildönümü - Zəfər Günü qeyd olunur. 

Bizim.Media xəbər verir ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla noyabrın 8-i Zəfər Günü kimi təsis edilib. 

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşünə məhz iki il öncə, bu gün son verib.
Rəşadətli Azərbaycan Ordusu  44 gün sürən hərbi əməliyyatlar nəticəsində inanılmaz uğurlar əldə edərək torpaqlarımızı düşmən tapdağından azad edib. 

Zəfərin mübarək, Vətən! 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO