Zəfər Günü Pakistanda da qeyd olunur – Ölkədə Azərbaycan bayraqları dalğalanır

Zəfər Günü Pakistanda da qeyd olunur – Ölkədə Azərbaycan bayraqları dalğalanır

Hazırda oxunan: Zəfər Günü Pakistanda da qeyd olunur – Ölkədə Azərbaycan bayraqları dalğalanır

103222

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfirliyinin məlumatında bildirilib. 

Təbrikdə deyilir: 

“Əziz qardaş və bacılar, Pakistan xalqı adından sizləri salamlayıram. Zəfər Gününün ikinci ildönümü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. 8 Noyabr Azərbaycan tarixində uğurlu günə çevrildi. 

Bu gün, Azərbaycan xalqının, öz vətəninin müdafiəsi və işğal olunmuş torpaqlarının azad edilməsi uğrunda apardığı qəhrəmanlıq mübarizəsini xatırladır. 

Azərbaycanın 2020-ci ilin noyabrında qazandığı qələbə haqqın batil üzərində qələbəsi oldu. Bu, qeyri-qanuni işğalın uzun müddət davam edə bilməyəcəyinin və işğalçının gec-tez reallıqla üzləşməli olduğunun sübutu idi. 

Məmnuniyyətlə bildirmək istəyirəm ki, Sizin qələbə gününüz Pakistanda da qeyd olunur. Pakistanda Azərbaycan bayraqları dalğalanır. Pakistan hökuməti və xalqı bu xoş gündə bütün Azərbaycan xalqına uğurlar arzulayır. 
Pakistan Azərbaycanın bütün regionda sülh, sabitlik və rifahı təşviq etmək səylərini dəstəkləməyə davam edəcək. Yaşasın Pakistan-Azərbaycan dostluğu”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO