“Onların bu əməlləri yalnız xalqlararası ədavət və düşmənçiliyin qızışdırılmasına xidmət edir”- XİN

“Onların bu əməlləri yalnız xalqlararası ədavət və düşmənçiliyin qızışdırılmasına xidmət edir”- XİN

Hazırda oxunan: “Onların bu əməlləri yalnız xalqlararası ədavət və düşmənçiliyin qızışdırılmasına xidmət edir”- XİN

10319

Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanova qarşı ermənilərin apardığı təhdid və kin xarakterli kampaniyanın başladılmasına münasibət bildirib.

“Təəssüflə qeyd etmək istərdik ki, ilk dəfə deyil ki, erməni radikal ünsürlərinin Azərbaycanlı diplomatlara, eləcə də bu ölkələrdəki Azərbaycanlı icmaların üzvlərinə qarşı yönələn nifrətə əsaslanan cinayət əməlləri ilə üzləşirik".

 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-dakı səfirimiz ermənilər tərəfindən təhdid olunur


"Ötən ilin iyul ayında xarici ölkələrdə, o cümlədən ABŞ-da dinc azərbaycanlı nümayişçilərə, eləcə də diplomatik nümayəndəliklərimizə qarşı radikal erməni qüvvələri tərəfindən son dərəcə aqressiv təxribatçı əməllərin həyata keçirildiyini xatırlatmaq istərdim".

"Məlum olduğu kimi, 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomata qarşı, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir.”

Leyla Abdullayeva bu kimi əməlləri qətiyyətlə pisləyərək həmçinin məsul qurumların bu kimi təxribatların qarşısının alınmasında məsuliyyətli yanaşma göstərmələrini gözlədiklərini də diqqətə çatdırıb.

“Vurğulamaq istərdim ki, xarici ölkələrdəki radikal ermənilərin bu kimi əməlləri onu nümayiş etdirir ki, bu insanlar bölgəmizdə sülh və əminamanlığın bərqərar olması, xalqların birgə yaşayışınında maraqlı deyillər".

"Onların bu əməlləri yalnız xalqlararası ədavət və düşmənçiliyin qızışdırılmasına xidmət edir. Bu isə bir daha onu göstərir ki, xarici ölkələrdəki bu kimi erməni ünsürləri nə Ermənistanın, nə də erməni xalqının gələcək rifahını düşünmürlər.”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO