Milli Məclisi Ermənistan tərəfini yaranmış tarixi imkanı və şəraiti düzgün dəyərləndirməyə və sülh prosesini təhlükəyə məruz qoyan aktlardan çəkinməyə çağırır.
Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin 8 Noyabr − Zəfər Günü ilə əlaqədar qəbul etdiyi bəyanatda qeyd edilib.
MÖVZU İLƏ BAĞLI:
Qələbə heç kəsin Azərbaycanla güc və təzyiq dili ilə danışa bilməyəcəyinin İSBATIDIR
Milli Məclisi hesab edir ki, Azərbaycanın təklif etdiyi 5 təməl prinsip əsasında aparılan sülh danışıqları prosesində əldə edilən razılaşmaların və götürülən öhdəliklərin yerinə yetirilməsi tərəflər arasında etimadın güclənməsinə və qısa müddət ərzində sülh sazişinin imzalanmasına kömək göstərərdi.
“Ermənistanla Azərbaycan arasında dövlətlərarası münasibətlər yalnız bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və bunlara hörmət edilməsi əsasında qurula bilər”, - deyə bayanatda qeyd edilib.
Bizim.Media