Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Mədəniyyət Nazirləri Daimi Şurasının 39-cu toplantısında iştirak etmək məqsədilə Türkiyədə rəsmi səfərdədir.
Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, noyabrın 5-də 2022-ci il üçün “Türk Dünyasının Mədəniyyəti Paytaxtı” olan Bursa şəhərində TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 39-cu iclası keçirilib.
İclasda TÜRKSOY ölkələrinin mədəniyyət nazirləri və mədəniyyət üzrə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, eləcə də Türk dünyası beynəlxalq təşkilatlarının rəhbərləri iştirak ediblər.
Tədbirdə “paytaxt ili” çərçivəsində Bursa şəhərində həyata keçirilmiş layihələrə dair hesabat, növbəti ildə reallaşdırılması planlaşdırılan yeni proqram və layihələr, 2023-2024-cü illər üzrə Türk dünyasından görkəmli şəxsiyyətlərin elan ediləcək xatirə ili barədə müzakirələr aparılıb.
Tədbirdə eyni zamanda TÜRKSOY-un 2023-cü il üzrə fəaliyyət proqramı və digər məsələlər müzakirə olunub.
Toplantının rəsmi açılışında nazir Anar Kərimov çıxış edərək Bursa şəhərində bu il keçirilmiş tədbirləri yüksək qiymətləndirib. Nazir TÜRKSOY tərəfindən elan olunmuş “Fikrət Əmirov İli” çərçivəsində təşkilata üzv ölkələrdə gerçəkləşdirilmiş tədbirlərə görə təşəkkürünü bildirib.
Anar Kərimov çıxışında Azərbaycan Respublikası ilə TÜRKSOY arasında bundan sonra da xalqlarımızın mədəni dəyərlərinin yaşadılaraq gələcək nəsillərə ötürülməsi, mədəni irsimizin qorunması istiqamətində əməkdaşlığın davam etdiriləcəyinə, habelə Türk dünyasının birliyi və həmrəyliyi üçün bütün istiqamətlərdə birgə fəaliyyətin həyata keçiriləcəyinə əminliyini ifadə edib.
Sonra Daimi Şuranın 39-cu iclasının Yekun Bəyannaməsi qəbul olunub. TÜRKSOY-un 2022-ci il üzrə fəaliyyətinə dair hesabatlar, 2023-cü ilə aid Fəaliyyət Proqramı təsdiqlənib.
TÜRKSOY-un 2023-cü ildə həyata keçirəcəyi layihə və tədbirlərin dəyərləndirilməsi, 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” missiyasını yerinə yetirəcək Azərbaycanın Şuşa şəhərində keçiriləcək tədbirlərdə üzv ölkələrin fəal iştirakının razılaşdırılması və dəstəklənməsi haqqında qərar qəbul edilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:56 / 05.11.2022
TÜRKSOY-un növbəti iclası gələn il Şuşada keçiriləcək - FOTO
Hazırda oxunan: TÜRKSOY-un növbəti iclası gələn il Şuşada keçiriləcək - FOTO
Hazırda oxunan: TÜRKSOY-un növbəti iclası gələn il Şuşada keçiriləcək - FOTO
103015
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.