Qələbə heç kəsin Azərbaycanla güc və təzyiq dili ilə danışa bilməyəcəyinin İSBATIDIR 

Qələbə heç kəsin Azərbaycanla güc və təzyiq dili ilə danışa bilməyəcəyinin İSBATIDIR 

Hazırda oxunan: Qələbə heç kəsin Azərbaycanla güc və təzyiq dili ilə danışa bilməyəcəyinin İSBATIDIR 

102993

“Yenilməz sərkərdəsinin və uzaqgörən liderinin rəhbərliyi ilə möhtəşəm qələbəni əldə edən xalqımız bundan belə heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə bəyan  edib”.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin 8 Noyabr − Zəfər Günü ilə əlaqədar qəbul etdiyi bəyanatda qeyd edilib.

Bəyanatda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci ilin sentyabr – noyabr aylarında 44 günlük Vətən  müharibəsində əldə etdiyi möhtəşəm Zəfər Azərbaycan tarixinin müstəsna əhəmiyyətli hadisələrindən biridir:
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul etdi


“Döyüş meydanında Ermənistan Silahlı Qüvvələrinin darmadağın edilməsi, 30 ilə yaxın işğal altında saxlanılan Azərbaycan torpaqlarının əsarətdən qurtarılması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnmiş tarixi qələbə xalqımızın bəzən açıq, bəzən də gizli şəkildə ona qəbul etdirməyə çalışdıqları ədalətsizliklə barışmadığını, həyati milli maraqlarını qorumaq üçün hər bir fədakarlığa hazır olduğunu nümayiş etdirdi”.

Həmçinin qeyd edilib ki, son iki yüz ilə yaxın dövrdə davakar erməni millətçiliyinin həyata keçirdiyi qəsbkarlıq və etnik təmizləmələr silsiləsinə birdəfəlik son qoyulması Azərbaycan dövlətçiliyinin tarixində yeni inkişaf dövrünün başlanmasına təkan verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO