"Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri bütün sahələrdə yüksələn xətt üzrə inkişaf etməkdədir".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin vitse-prezidenti Fuat Oktayla birgə Şuşada keçirdiyi mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
“Şuşanı ziyarət etmək illər ərzində arzumuz olub” – Əli Əsədov
Əli Əsədov bildirib ki, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında dünya miqyasında görünməmiş dostluq, qardaşlıq, tərəfdaşlıq və həmrəyliyin zirvəsinə çevrilərək ikitərəfli münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə qaldırıb.
“Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı xalqlarımızın ortaq milli-mənəvi dəyərlərindən və ənənələrindən güc alır. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın yorulmaz səyləri nəticəsində Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək zirvəyə çatıb",-deyə Baş nazir bildirib.
Bizim.Media