Geopolitical Monitor: “İran Azərbaycana hücum etsə, dünyanı enerji böhranı sarsıdacaq”

Geopolitical Monitor: “İran Azərbaycana hücum etsə, dünyanı enerji böhranı sarsıdacaq”

Hazırda oxunan: Geopolitical Monitor: “İran Azərbaycana hücum etsə, dünyanı enerji böhranı sarsıdacaq”

102977

“Geopolitical Monitor” dərgisi yazır ki, son günlərin gərginləşən münasibətlərini nəzrdən keçirsək görərik ki, İran-Azərbaycan qarşıdurması regional savaşa səbəb ola bilər:

“Ukrayna müharibəsinin hələ də qlobal problem səviyyəsində qaldığı bir vaxtda, 2020-ci il Qarabağ müharibəsindən sonra Azərbaycan və İranın artan düşmənçiliyi Cənubi Qafqazda daha bir silahlı münaqişənin yaranmasına gətirib çıxara bilər. Və bu savaş dünya enerji bazarları üçün fəlakətə çevriləcək”. 

Qəzet qeyd edir ki, bütün region ölkələri Birləşmiş Millətlər Təşkilatının Azərbaycanın bir hissəsi kimi rəsmən tanıdığı Qarabağ bölgəsini Azərbaycanın geri qaytarmasının labüdlüyünü qəbul etməyə hazır görünsə də, İran Ermənistanın cənub sərhədlərində tez-tez hərbi təlimlər keçirməyə başladı.
Tehran hesab edir ki, Qafqaz sərhədlərinin yenidən cızılmasındakı hadisələr Tehranın qırmızı xətlərinə yaxınlaşır:

“Ötən il həm Bakı, həm də Tehran bir-birinə qarşı diplomatik xəbərdarlıqlara əl atıb və bu, gərginliyi daha da artırıb. İnqilab Keşikçiləri Korpusunun bu yaxınlarda İranın Azərbaycanla sərhədinə çoxlu sayda hərbi texnika və canlı qüvvə göndərməsi regionda mümkün müharibə qorxusunu daha da alovlandırıb”.

Məsələ ilə bağlı bir çox yerli və xarici analitiklər qeyd edir ki, yaranmış vəziyyət ürək açan olmasa da Tehranın molla rejimi hadisələrə adekvat deyil:

Çünki Azərbaycan və İran arasında istənilən açıq münaqişə potensial olaraq dünya enerji bazarları üçün fəlakətli ola bilər. Bu onsuz da sanksiyalar altında inildəyən İran üçün yaxşı heç nə vəd etmir. Ölkənin iqtisadi durumu günbəgün çöküşdədir. İran alovlar içində, etiraz aksiyaları ilə sarsılmaqdadır. Bir tərəfdən də Azərbaycan türkləri ilə münaqişəyə getsələr, İran anında sarsılacaq.

İran 1979-cu il inqilabından sonra beynəlxalq aləmdə təcrid olundu və sağ qalmaq üçün Şimali Koreya, Suriya və Rusiya Federasiyası kimi ölkələrə arxalandı. Bu da onu despot, diktator mahiyyətini üzə çıxardı.
Beynəlxalq beyin mərkəzləri hesab edir ki, əgər Güney Azərbaycan Cümhuriyyəti ideyası da bir yandan fırlasa, fars-molla rejimi sığınmağa deşik tapmayacaq.

Azərbaycana qarşı təhdidlər davam edərsə, bu uzun müddət bu şəkildə qalcağı anlamına gəlmir. 

Hazırda Bakıda bu işə sakit tavr, təmkin nümayiş etdirilir. Amma bu o demək deyil ki, İran Azərbaycanın indiki mövcud ərazilərinə hücum edə bilər. Bakının cavab vermək üçün kifayət qədər öz gücü və müttəfiqləri var.

Hazırda Azərbaycanın Türkiyə ilə qarşılıqlı müdafiə sazişi, İsraillə hərbi müqaviləsi var və Körfəz dövlətləri tərəfindən artan dəstək var. Bundan başqa Rusiyanın Ukraynanı işğalı həm də Aİ-ni alternativ enerji mənbələri axtarmağa məcbur etdi və 2027-ci ilə qədər Avropanı təmin edəcək yeni qaz müqaviləsi üçün Bakı ən yaxşı tərəfdaş oldu.

Bu diplomatik səylər Azərbaycanın beynəlxalq mövqelərini o qədər gücləndirib ki, İranla müharibə başlasa, Bakı əsas alternativ enerji təminatçısı statusuna görə böyük dəstək ala bilər.

Molal rejimi ağlını başına vaxtında yığmalı və ölkəsini bu fəlakətə yuvarlamamalıdır. Əks təqdirdə Tehran mollaları rejim və əmmamələri ilə başları qarışıq bir dəfəlik vidalaşmalı olacaqlar. 
Bəlkə də İranın bu cür burcutmaları elə sonda Azərbaycanın bütövlük arzusunu reallaşdırmağa gətirib çıxaracaq. Yaşayaq və baxaq…

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO