Mahmudəli Çöhrəqanlı: “İranda biz gözlədiyimizdən də böyük inqilab baş verəcək” -VİDEO

Mahmudəli Çöhrəqanlı: “İranda biz gözlədiyimizdən də böyük inqilab baş verəcək” -VİDEO

Hazırda oxunan: Mahmudəli Çöhrəqanlı: “İranda biz gözlədiyimizdən də böyük inqilab baş verəcək” -VİDEO

102967

“Tehran rejimi insan hüquqlarını saya salmır. İranda biz gözlədiyimizdən də daha tez böyük bir inqilab baş verəcək. Diqqətli olmalıyıq”.

Bizim.Media xəbər verir ki, bu sözləri hazırda Vaşinqtonda yaşayan Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı “AzTV”-yə müsahibəsində Co Baydenin “İran tezliklə azad olacaq” açıqlamasına şərh verərkən qeyd edib.

1979-cu ildə İranda baş verən inqilabı və 1946-cı ildə dağıdılan Pişəvari hökumətini xatırladan Çöhrəqanlı qətlə yetirilən azərbaycanlılardan danışıb:

“1979-cu ildəki inqilabı xatırlayaq. Orada minlərlə şəhid verdik. Bilirsiz ki, 1946-cı ildə Pişəvarinin hökumətini dağıtmaqla 30 mindən çox azərbaycanlı qətlə yetirildi. İslamdan, dindən danışırıq. O qədər fəsad, alçaqlıq və murdarlıq bu rejimi bürüyüb ki, nə etdiklərini bilmirlər. Yetər kəlməsini işlətməliyik. Yüz illik təhqir, istismar, ən ibtidai haqlarımızdan məhrum olmağımız yetər. Analarımız doğduğu uşağa laylay çaldığı öz ana dilində ad qoya bilmir. 7 yaşında uşağın vəsiqəsi yoxdur.

70 min erməniyə isə Tehranda erməni abidəsi tikilib. İranda 700 erməni belə ölməyib. 300 min Güney azərbaycanlı isə İran-İraq müharibəsində şəhid olub.

Bunu Amerika və Avropa informasiya agentlikləri yaydı. 35 milyon azərbaycanlının öz ana dilində söz deməyə haqqı yoxdur. İran rejimini İran-İraq müharibəsində qurtaran azərbaycanlı oldu. Bu rejimin qarşısına necə lazımdı çıxacağıq”, - deyə Mahmudəli Çöhrəqanlı vurğulayıb.

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO