XİN rəhbəri Vaşinqtonda müzakirə ediləcək mövzulardan danışdı

XİN rəhbəri Vaşinqtonda müzakirə ediləcək mövzulardan danışdı

Hazırda oxunan: XİN rəhbəri Vaşinqtonda müzakirə ediləcək mövzulardan danışdı

102949

“Vaşinqtonda gözlənilən görüşün gündəliyində müxtəlif mövzular var. Lakin XİN səviyyəsində əsas trek sülh müqaviləsi üzərində işlə bağlıdır”. 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib. 

“Bildiyiniz kimi, oktyabrda Cenevrədə görüşümüz oldu. Bu görüşdə daha əvvəl təqdim olunmuş 5 prinsip üzərində genişlənmiş elementləri qarşı tərəfə təqdim etmişdik.

Qarşı tərəfin buna reaksiya istənilmişdi və qarşı tərəf bildirmişdi ki, bunun üçün əlavə vaxt lazımdır. Bu, təkliflərin öyrənilməsi və geri dönüş üçün təbiidir. Düşünürəm ki, bu görüş zamanı bizim bu məsələləri müzakirə etmək imkanımız olacaq”, - XİN rəhbəri əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO