İlham Əliyevin bu gün imzaladığı sərəncamla Arif Vasif oğlu Səmədov Azərbaycan Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Bizim.Media xəbər verir ki, siyasət üzrə fəlsəfə doktoru olan A.Səmədov Moskva Dövlət Universitetinin diplomatiya fakültəsini bitirib.
MÖVZU İLƏ BAĞLI:
Prezidentin Protokol xidmətinə rəis təyin edildi
A.Səmədovun atası Vasif Səmədov Azərbaycanın tanınmış jurnalistlərindəndir. “Oqonyok” jurnalının və “Literaturnaya qazeta”nın xüsusi müxbiri olaraq çalışan Vasif Səmədov Amerika Biblioqrafiya İnstitutunun Direktorlar Şurasının hazırladığı “Dünyanın 1000 nüfuzlü şəxsi” adlı biblioqrafik sorğu kitabında jurnalistika üzrə Azərbaycanı təmsil edib.
Xatırladaq ki, A.Səmədov yeni təyinatına kimi Prezidentin Protokol xidmətinin rəis müavini vəzifəsini icra edib.
Bizim.Media