İlham Əliyev: “30 illik işğal dövründə ərəb qardaşlarımızın dəstəyini hiss etmişik”

İlham Əliyev: “30 illik işğal dövründə ərəb qardaşlarımızın dəstəyini hiss etmişik”

Hazırda oxunan: İlham Əliyev: “30 illik işğal dövründə ərəb qardaşlarımızın dəstəyini hiss etmişik”

102348

“Azərbaycan da Əlcəzair kimi zamanla işğala məruz qalıb. Ermənistan torpaqlarımızı 30 il işğal altında saxlayıb. Biz bu illər ərzində ərəb qardaşlarımızın dəstəyini hiss etmişik”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən 31-ci Zirvə toplantısında çıxışında söyləyib. 

İlham Əliyev həmçinin həmin müddətdə (işğal dövründə) İslam Əməkdaşlıq Təşkilatının üzvlərinin də dəstək göstərdiyini qeyd edib. 

Ölkəmizin də bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəmədiyini bildirən Azərbaycan Prezidenti deyib ki, biz İslam həmrəyliyinə kifayət qədər töhfə vermişik: 

“2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilmişdi. Azərbaycanda İslam Həmrəyliyi oyunları keçirilmişdi. Bu oyunlar idman tədbirinə, həmrəylik festivalına və dostluq nümunəsinə çevrilib”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO