Sergey Markov: “Rusiya Azərbaycanın irəli sürdüyü 5 əsas prinsipi dəstəkləyir”

Sergey Markov: “Rusiya Azərbaycanın irəli sürdüyü 5 əsas prinsipi dəstəkləyir”

Hazırda oxunan: Sergey Markov: “Rusiya Azərbaycanın irəli sürdüyü 5 əsas prinsipi dəstəkləyir”

102157

“Rusiya Ermənistanla münasibətlərin normallaşması üçün Azərbaycanın irəli sürdüyü beş əsas prinsipi dəstəkləyir”.

Bizim.Media xəbər verir ki, bunu Siyasi Araşdırmalar İnstitutunun direktoru, rusiyalı politoloq Sergey Markov bildirib.
 

O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sülh müqaviləsinin 5 prinsip üzərində qurulmasını təklif edib. 
 

Politoloq xatırladıb ki, bu prinsiplər bir-birinin suverenliyinin və ərazi bütövlüyünün tanınması, ərazi iddialarının olmaması, bir-birinə qarşı güc və təhdidin tətbiq edilməməsi, sərhədlərin demarkasiyası və delimitasiyası, diplomatik münasibətlər və nəqliyyat kommunikasiyalarının açılması, habelə yenilərinin tikintisidir.

“Onlar Azərbaycan tərəfindən daha əvvəl irəli sürülüb. Rusiya bu 5 prinsipi dəstəkləyir”, - deyə S.Markov vurğulayıb.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO