Türkiyə Səyyahlar Klubunun prezidenti Qarabağda gördüklərindən MEMUAR yazacaq

Türkiyə Səyyahlar Klubunun prezidenti Qarabağda gördüklərindən MEMUAR yazacaq

Hazırda oxunan: Türkiyə Səyyahlar Klubunun prezidenti Qarabağda gördüklərindən MEMUAR yazacaq

102149

"Qarabağda gördüklərimi memuar və ya xatirə kimi yazacağam". 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Səyyahlar Klubunun prezidenti Salman Arınç Qarabağ və Şərqi Zəngəzura səfərlərinə həsr olunmuş mətbuat konfransında deyib. 

O bildirib ki, ziyarətləri boyunca erməni vandallığının şahidi olublar: 

“Biz Respublika günümüzün 99-cu ildönümünü azad edilmiş Qarabağda qeyd etmək qərarı alaraq səfərdə iştirak etdik. Səfərimiz zamanı işğaldan azad edilən bütün əraziləri, bu gün isə Xudafərin körpüsünü ziyarət etdik. Hər yerdə dağıdılmış, yağmalanmış binalar var idi. 30 il bundan öncə bu torpaqlar işğal olunub. O dövrdə bu işğalın qarşısını almaq mümkün olmadı. Beləliklə, xarici dövlətlərdən dəstək alan ermənilər insafsızcasına qətliamlar gerçəkləşdirdilər”. 

Salman Arınc qeyd edib ki, yol boyunca Azərbaycan bayrağı ilə yanaşı. Türkiyə bayraqlarının asılması dostluğun, qardaşlığın göstəricisidir, amma bu kifayət deyil:

"Həm də işlər görmək lazımdır. Kifayətlənmək olmaz. Bizim yeganə işimiz daha çox çalışmaq və bir- birimizə inanmaq olmalıdır. Biz bir-birimizə xəyanət etməsək, kimsə bizi yıxa bilməz". 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO