“ABŞ Ukraynaya heç vaxt bu silahları verməyəcək” - Məşhur yazar       

“ABŞ Ukraynaya heç vaxt bu silahları verməyəcək” - Məşhur yazar       

Hazırda oxunan: “ABŞ Ukraynaya heç vaxt bu silahları verməyəcək” - Məşhur yazar       

101798

ABŞ heç vaxt Ukraynanı dörd növ hərbi texnika və silahla təmin etməyəcək. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu "19FortyFive"ın yazarı Peter Siçiu köşə yazısında qeyd edərək, həmin silahların siyahısını açıqlayıb. 

Yazar hesab edir ki, ABŞ Kiyevə dördüncü nəsil "F-16 Fighting Falcon" qırıcısını heç vaxt verməyəcək. 

Qeyd edək ki, bu, indiyə qədər istehsal edilmiş ən uğurlu çoxməqsədli reaktiv təyyarə hesab olunur. Siçiunun sözlərinə görə, bu qırıcının əvəzinə Kiyev "MiQ-29" ala bilər.

ABŞ-ın Ukraynaya verməyəcəyi silah və hərbi texnikaların sırasında ikinci yeri "M1 Abrams" tankı tutur. Yazar bunu ukraynalıların sözügedən silahdan istifadə etmə qaydalarını bilmədiyini və onları öyrətməyin çox vaxt aparacağı ilə əlaqələndirir. 

"Bundan əlavə, Ukrayna qoşunları belə texnikanı işlək vəziyyətdə saxlamaqda çətinlik çəkə bilər" - deyə jurnalist yazır. 
Siyahıda növbəti yerdə təxminən 300 kilometr məsafəyə malik Ordu Taktik Raket Sistemi (ATACMS) taktiki ballistik raketləri gəlir. Yazar qeyd edir ki, bu silahlar Ukraynada münaqişənin kəskinləşməsinə səbəb ola bilər. 

"ABŞ-ın Ukraynaya göndərmək ehtimalı olmayan silahlar siyahısında sonuncusu MIM-104 Patriot zenit-raket kompleksidir" - deyə Siçiun bildirib.  

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın təqaüdçü dəniz piyadası Dakota Vud bəyan etmişdi ki, Kiyevə silah tədarükü ABŞ hərbi ehtiyatlarını tükəndirib. 

Elvira Murad, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO