Ceyhun Bayramov Türkmənistana təşəkkür etdi

Ceyhun Bayramov Türkmənistana təşəkkür etdi

Hazırda oxunan: Ceyhun Bayramov Türkmənistana təşəkkür etdi

10178

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Sülh və Etimad İlinin açılış mərasiminə həsr edilmiş videokonfrans formatında keçirilən tədbirdə Qoşulmama Hərəkatının (QH) üzv ölkələri adından bəyanatla çıxış edib.

Bizim.Media xəbər verir ki, nazir çıxışında bu mühüm təşəbbüsə görə Türkmənistan tərəfinə təşəkkürünü bildirən nazir bu xüsusda BMT Baş Assambleyasının 73/338 saylı 12 sentyabr 2019-cu il tarixli qətnaməsinin qəbul edilməsini alqışlayıb.

 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov Türkmənistana səfər etdi

​​​​​​​
Beynəlxalq sülhün təşviqi və dəstəklənməsinin QH üçün ən vacib məsələ olduğu, o cümlədən 2019-cu ilin oktyabrında Bakıda keçirilən 18-ci Zirvə görüşündə, hərəkata üzv dövlətlərin dövlət və hökumət başçılarının sülhün və təhlükəsizliyin, qanunun aliliyinin, iqtisadi inkişaf və sosial tərəqqinin, həmçinin bütün insan hüquqlarının qorunması və təşviqində əvəzolunmaz olan BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin etibarlılığını bir daha təsdiq etdikləri vurğulanıb.

C.Bayramov QH üzv dövlətlərinin, dialoq, dözümlülük, qarşılıqlı hörmət, anlaşma və barışığın təşviqinə regional və beynəlxalq səviyyədə töhfə verməyin, radikalizmə, ekstremizmə və nifrət nitqinə qarşı mübarizə aparmağın vacibliyini bir daha təsdiq etdiklərini qeyd edib.

Bu xüsusda, BMT Baş Assambleyasının dinlərarası və mədəniyyətlərarası dialoqun əhəmiyyətini vurğulayan 74/23 saylı qətnaməsinin qəbul edilməsini və onun sosial birliyin, sülhün və inkişafın, eləcə də fərdlər, cəmiyyətlər və millətlər arasında dözümlülük və hörmət mədəniyyətinin təşviqinə verdiyi dəyərli töhfənin QH tərəfindən alqışlandığı qeyd olunub.

QH-nin millətlərimizin və bütövlükdə bəşəriyyətin mənafelərinin təmin edilməsi üçün əvəzsiz olan BMT-nin və çoxtərəfli proseslərin gücləndirilməsi yolu ilə çoxqütblü bir dünya naminə çalışmaq əzmi ifadə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO