Parlament sədri: “Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi yanaşır”

Parlament sədri: “Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi yanaşır”

Hazırda oxunan: Parlament sədri: “Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi yanaşır”

101709

“Azərbaycanın Ermənistan ərazisini işğal etməsi ilə bağlı bəyanat tamamilə əsassız və yalandır. Çox təəccüblüdür ki, bu iddianı 20 faiz torpaqlarımızı 30 il işğal altında saxlayan bir ölkənin nümayəndəsi səsləndirir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycanın ünvanına səsləndirdiyi həqiqətdən uzaq iddialara cavab verərkən deyib.

Milli Məclisin sədri daha sonra vurğulayıb:

"Azərbaycanın heç vaxt Ermənistan ərazilərini işğal etmək niyyəti olmayıb. Nə bir şəhər, nə də bir kənd işğal olunmayıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycan ərazisinə daxil olaraq terror aktları törədənlər hərbi əsir sayılmır” – Parlament sədrindən ETİRAZ


Spikerin sözlərinə görə, bütün bu faktları nəzərə alsaq, hərbi təxribatlarda, sülh prosesinin əngəllənməsində hansı ölkənin - Azərbaycanın, yoxsa Ermənistanın maraqlı olduğu aydın görünür.

Milli Məclisin sədri hərbi cinayətlərlə bağlı erməni spikerin iddialarına da cavab verib:

"Mən tam məsuliyyətimlə deyə bilərəm ki, Azərbaycan Silahlı Qüvvələri heç vaxt hərbi cinayət törətməyib. Bu iddia onilliklər ərzində təcavüzkar siyasət aparan, hərbçilərə və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər törədən, bir milyona yaxın insanın elementar hüquqlarını pozan bir ölkənin ikiüzlülüyünün nümunəsidir.

Ermənistandan fərqli olaraq, Azərbaycan öz beynəlxalq öhdəliklərinə ciddi yanaşır.

Hərbi əməliyyatlar zamanı törədilən cinayətlərlə bağlı iddialar müvafiq dövlət qurumları tərəfindən araşdırılır. Azərbaycan Respublikası Baş Prokurorluğunun 17 sentyabr və 2 oktyabr 2022-ci il tarixli məlumatlarında bildirilir ki, internetdə anonim şəkildə yayılmış və sosial şəbəkələrdə Azərbaycan ordusunun qanunsuz əməlləri kimi təqdim olunan videogörüntülərlə bağlı hazırda ətraflı araşdırma aparılır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO