Oktyabrın 28də Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanın ünvanına həqiqətdən uzaq iddialar səsləndirib.
Bizim.Media xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova hərbi əsirlər məsələsi ilə bağlı Ermənistan parlamentinin spikerinin əsassız iddialarına da münasibət bildirib.
MÖVZU İLƏ BAĞLI:
Parlament sədri: “YUNESKO ermənilərin işğal dövründə məhv etdiyi mədəni irsimizlə maraqlanmayıb”
“Üçtərəfli Bəyanatın imzalanmasından sonra Azərbaycan ərazisinə daxil olaraq hərbçilərimizə, mülki əhalimizə qarşı terror aktları törədənlər hərbi əsir kimi tanınmır. Onlar ağır cinayətlər törətmiş cinayətkarlardır”,-deyə S.Qafarova qeyd edib.
Sonda spiker Sahibə Qafarova erməni spikerin öz çıxışında səsləndirdiyi “Dağlıq Qarabağ” ifadəsinə etirazını bildirərək, Azərbaycanda Dağlıq Qarabağ adlı ərazi vahidinin olmadığını deyib, bu ərazilərin Qarabağ regionu olduğunu vurğulayıb.
Bizim.Media