“30 il ərzində Ermənistan işğal etdiyi ərazilərdə yerləşən Azərbaycan xalqına məxsus bütün mədəni irsi məhv edib, bir çox tarixi, mədəniyyət və dini abidələr yerlə-yeksan edilib”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova erməni mədəni irsinin dağıdılması ilə bağlı iddiaya cavabında bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Qarabağda yaşayan ermənilərin həyatları indikindən qat-qat yaxşı olacaq” – Sahibə Qafarova
Parlament sədri bildirib ki, işğal dövründə məscidlərimiz təhqir olunub, dağıdılıb, inək, donuz saxlanılan yerlərə çevrilib.
“Azərbaycanın çoxsaylı çağırışlarına baxmayaraq, bu ərazilərdəki mədəni irsin vəziyyətini qiymətləndirmək üçün YUNESKO bu ərazilərə səfər etməyib”,-deyə spiker bildirib.
Bizim.Media