Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə sülh gündəliyini MÜZAKİRƏ EDİB - FOTO

Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə sülh gündəliyini MÜZAKİRƏ EDİB - FOTO

Hazırda oxunan: Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə sülh gündəliyini MÜZAKİRƏ EDİB - FOTO

101696

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibinin müavini və BMT-nin Cenevrədəki bölməsinin baş direktoru Tatyana Valovayanı qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə XİN-nin məlumatında bildirilib.

Məlumata görə, görüşdə nazir Ceyhun Bayramov 2022-ci ilin Azərbaycan – BMT üzvlüyünün 30-cu ildonümü baxımından rəmzi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Bu xüsusda istər Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, istərsə də Bakıda təşkil edilmiş mühüm təşəbbüslərdən söz açıb və BMT-nin fəal üzvlərindən biri kimi Azərbaycanın bir sıra istiqamətlərdə, xüsusilə də beynəlxalq səviyyədə sülh və təhlükəsizlik, davamlı inkişaf və humanitar sahələrdə geniş töhfələr verdiyi xatırlanıb.
Həmçinin bildirilib ki, görüşdə 2022-2026-cı illər üzrə ölkəmizin pandemiya və münaqişədən sonrakı dövr üçün yeni inkişaf strategiyasının BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin gündəliyi ilə paralel getdiyi diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud cari vəziyyət, o cümlədən Ermənistanın genişmiqyaslı təxribatları, Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən işğalının nəticələrinin aradan qaldırılması istiqamətində atılan addımlar barədə məlumat verib.

Bu xüsusda, nazir sülh gündəliyi, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin bölgəyə geri qayıdışı prosesindən bəhs edərək ərazilərimizdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin artırılmasının və təcrübə mübadiləsinin vacibliyindən bəhs edib.

Tatyana Valovaya Azərbaycana növbəti dəfə səfərindən məmnunluq ifadə edib və bu gün BMT-nin Cenevrədəki bölməsinin rəhbərinin və Heydər Əliyev Fondunun birgə təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan qadınlarına həsr olunmuş və Dayanıqlı İnkişaf Məqsədlərini özündə təcəssüm etdirən fotosərginin əhəmiyyətindən bəhs edib.
İlk dəfə Azərbaycanda həyata keçirilən layihənin hədəfinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək göstərmək və onların reallaşmasına töhfə vermək olduğunu bildirib.

Görüşdə T. Valovaya, eyni zamanda sülh prosesi üzrə səyləri yüksək qiymətləndirib.

Görüşdə tərəflər, həmçinin BMT gündəliyinin müxtəlif aspektləri və digər aktual mövzular ətrafında fikir mübadiləsi aparıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO