"Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalmış əlaqələrimizin həyatın bütün sahələrində, istər siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, təhsil, hərbi və digər sahələrdə özünü göstərməsi bizi çox sevindirir".
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda qeyd edilib.
MÖVZU İLƏ BAĞLI:
"Türkiyə beynəlxalq aləmdə söz sahibi olan qüdrətli ölkədir" - Prezident
"Əminəm ki, “Bir millət, iki dövlət” şüarını rəhbər tutan ölkələrimiz arasında müttəfiqlik münasibətləri birgə səylərimizlə bundan sonra da yüksələn xətlə və uğurla inkişaf etməyə davam edəcəkdir. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram", - deyə məktubda bildirilib.
Bizim.Media