"Türkiyə beynəlxalq aləmdə söz sahibi olan qüdrətli ölkədir" - Prezident

Hazırda oxunan: "Türkiyə beynəlxalq aləmdə söz sahibi olan qüdrətli ölkədir" - Prezident

101677

"Türkiyə gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrilib. Bu gün siyasi, iqtisadi, hərbi, texnoloji və digər sahələrdə əldə etdiyi mühüm nailiyyətləri ilə qardaş Türkiyə ən qabaqcıl ölkələr sırasındadır. Eyni zamanda, son dərəcə mürəkkəb proseslərin cərəyan etdiyi dünyada və regionda sülhün və sabitliyin bərqərar olması, haqqın və ədalətin müdafiəsi naminə ardıcıl və qətiyyətli mövqeyi ilə beynəlxalq müstəvidə yüksək nüfuz və hörmət qazanıb". 

Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana qardaş ölkənin milli bayramı – Respublika Günü münasibətilə təbrik məktubunda yer alıb.

Qazanılan uğurların təməlində Rəcəb Tayyib Ərdoğanın zəhmətinin və yorulmaz əməyinin, onun müdrik rəhbərliyi ilə aparılan dövlət siyasətinə türk xalqının böyük etimadı və dəstəyinin dayandığının vurğulandığı məktubda deyilir:
 

“Qüdrətli Türkiyə Respublikasının hər bir uğurunu öz uğurumuz hesab edir, bundan hədsiz qürur duyuruq. 

İftixar hissi ilə qeyd etmək istərdim ki, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əcdadlarımızın mənəvi mirası olan qardaşlığımız, birliyimiz və həmrəyliyimiz xalqlarımız üçün əsas yol istiqaməti, bölgə və dünya üçün mühüm təhlükəsizlik və sabitlik amilidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO