“Ermənistanın şikayət predmeti yoxdur” – Zərdüşt Əlizadə

“Ermənistanın şikayət predmeti yoxdur” – Zərdüşt Əlizadə

Hazırda oxunan: “Ermənistanın şikayət predmeti yoxdur” – Zərdüşt Əlizadə

101635

Politoloq Zərdüşt Əlizadə fikirləşir ki, KTMT-nin bugünkü toplantısı sırf formalizimdir və heç bir konkret qərar qəbul edilməyəcək.

Bizim.Media-ya danışan Əlizadənin fikrincə, KTMT Ermənistanın fitvasına gedib hər hansı addım atmayacaq.
 

MÖVZU İLƏ BAĞLI:

“Sülh müqaviləsinə vasitəçilərin çoxluğu mane olur” - Zərdüşt Əlizadə


13-14 sentyabrda sərhəddə baş verən silahlı toqquşma ilə bağlı isə çox məsələlər aydın deyil:

“Hərbi müdaxilə, bu mümkün deyil, qurum belə bir qərar verə bilməz. Rusiya Azərbaycanla müharibədə maraqlı deyil. KTMT həmçinin Azərbaycanın Ermənistan sərhədini pozduğunu deyə bilməz. Çünki sərhədlər yoxdur, daha doğrusu müəyyən edilməyib. Sərhədlər yoxdursa, Azərbaycan nəyi pozub ki? Azərbaycan sərhədlərin delimitasiyasında maraqlıdır. İrəvan isə ondan boyun qaçırır. Ona görə də şikayət etməyə heç bir əsasları, predmeti yoxdur. Yığışıb söhbətləşib dağılacaqlar”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO