“ABŞ-ın sülh planı deyə bir şey yoxdur” – Fərid Şəfiyevdən Putinin açıqlamalarının ŞƏRHİ

“ABŞ-ın sülh planı deyə bir şey yoxdur” – Fərid Şəfiyevdən Putinin açıqlamalarının ŞƏRHİ

Hazırda oxunan: “ABŞ-ın sülh planı deyə bir şey yoxdur” – Fərid Şəfiyevdən Putinin açıqlamalarının ŞƏRHİ

101628

“Rusiya prezidenti Vladimir Putinin Ermənistanla Azərbaycan arasında sülh prosesi ilə bağlı dünənki açıqlaması bir qədər ajiotaj yaradıb”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev sosial şəbəkə hesabında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanın xarici siyasəti etnik zəmində qurulmur” – Fərid Şəfiyev


Onun sözlərinə görə, ABŞ-ın Ermənistan-Azərbaycan üçün sülh planı deyə bir şey yoxdur:

“Aİ prezidenti Şarl Mişelin rəhbərliyi altında iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı əsas elementləri olan sülh müqaviləsi üzərində işlədiyi proses var.

Yaxın vaxtlara qədər isə Rusiyanın belə bir planı yox idi. Moskva əsas diqqəti delimitasiya və nəqliyyat məsələlərinə yönəldirdi. Bu yaxınlarda təklif olunan Rusiya planı bir qədər qeyri-müəyyənlik yaradır. Eyni zamanda, regionun davamlı sülhə və beynəlxalq hüquq prinsiplərinə möhkəm riayət etməyə ehtiyacı var. Bundan əlavə geosiyasi rəqabət ucbatından işlər mürəkkəbləşir. Göründüyü kimi, Ermənistan və Azərbaycan da regional güclərin maraqlarını heçə saymaq fikrində deyillər”.

Fərid Şəfiyev qeyd edib ki, Azərbaycan üçün əsas prioritet müstəqillik, suverenlik və ərazi bütövlüyüdür və regionda sülh daha böyük iqtisadi inkişafa gətirib çıxaracaq.

BMTM sədri Cənubi Qafqazda inkişaf edən üç mühüm diplomatik prosesi də sadalayıb:

“1.
Ermənistan-Azərbaycan sülh müqaviləsi;

2. Ermənistan-Türkiyə normallaşma prosesi;

3. Ermənistan-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlıq.

İkinci və üçüncü yollar mahiyyətcə birinci prosesin uğurlu olmasından asılı olacaq. Regional sülhdə həqiqətən maraqlı olan beynəlxalq aktorlar bu hadisələri dəstəkləməli və onu poza biləcək hərəkətlərdən, bəyanatlardan çəkinməlidirlər”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO