“Azərbaycan sülh müqaviləsinə sadiqdir və Ermənistandan cavab gözləyir” - XİN 

“Azərbaycan sülh müqaviləsinə sadiqdir və Ermənistandan cavab gözləyir” - XİN 

Hazırda oxunan: “Azərbaycan sülh müqaviləsinə sadiqdir və Ermənistandan cavab gözləyir” - XİN 

101522

“Azərbaycan sülh gündəliyinə sadiqdir və sülh müqaviləsinin əsas elementlərini qarşı tərəfə bildirib”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib. 

“Biz sülh gündəliyinə sadiqik. Bilirsiniz ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu ayın əvvəlində Cenevrə şəhərində sülh müqaviləsi ilə bağlı ilk görüş baş tutdu. Həmin görüşdə Azərbaycan tərəfi gələcək sülh müqaviləsinin əsas elementlərini qarşı tərəfə bildirib. 

Nazir müavini həmçinin Azərbaycan-Ermənistan arasında növbəti görüşlərin keçirilməsindən danışıb. 

“Biz hazırda Ermənistandan həmin əsas elementlərə dair ilkin rəy və cavab gözləyirik. Həmin cavab əsasında növbəti görüşlərin keçirilməsi müzakirə olunacaq”,- deyə Elnur Məmmədov bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO