Finlandiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını dəstəkləyir - FOTO 

Finlandiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını dəstəkləyir - FOTO 

Hazırda oxunan: Finlandiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasını dəstəkləyir - FOTO 

101512

Finlandiya XİN Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması prosesini dəstəkləyir. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşən Finlandiya Xarici İşlər Nazirliyində Beynəxalq ticarət üzrə dövlət katibinin müavini Nina Vaskunlahti deyib. 

Tərəflər iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, çoxtərəfli əməkdaşlıq münasibətləri, Azərbaycan-Avropa İttifaqı əməkdaşlıq istiqamətləri üzrə, habelə regional vəziyyət barədə müzakirə aparıblar. 
Bundan əlavə, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan regional enerji və nəqliyyat layihələri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə mövzusu olub. 

Nazir Ceyhun Bayramov 44-günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdəki son vəziyyət, habelə mina təhlükəsi, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin cari vəziyyəti barədə məlumat verib.  

Nazir iqtisadi sahədə, xüsusilə enerji resurslarının diversifikasiyası istiqamətində Azərbaycanın önəmli rolundan bəhs edib. Azərbaycan və Aİ arasında mövcud ticarət dövriyyəsinin məmnunluq doğurduğu, habelə dövriyyənin daha da artırılması üçün imkanların mövcud olduğu diqqətə çatdırılıb. 

Dövlət katibinin müavini Nina Vaskunlahti Azərbaycan və Finlandiya arasında əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulayıb.

Xüsusilə də, iqtisadiyyat və ətraf mühitin qorunması, təhsil, yüksək texnologiyalar üzrə əməkdaşlıq istiqamətləri, habelə Finlandiyanın iştirakı ilə Azərbaycanda həyata keçirilən layihələri qeyd edib. 
Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO