Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS-a müsahibə verib. Azərbaycan Xarici İşlər naziri C.Bayramovun Moskva səfərinin məqsədini açıqlayan səfir Azərbaycanın Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq qaldığını vurğulayıb.
Prezidentlərin görüşü barədə səfir: “Ermənistan tərəfinin yanaşmalarında nümayişkaranə destruktivlik olduğu üçün Azərbaycanla Ermənistan prezidentlərinin görüşü barədə danışmaq tezdir”-deyib.
P.Bülbüloğlu Azərbaycanın Qarabağ məsələsi ilə bağlı haqlı mövqeyini bundan sonra da qətiyyətlə müdafiə edəcəyini bildirib.
Bizim.Media