Avropa İttifaqının (Aİ) müşahidəçiləri İrəvana gəldikdən sonra Ermənistan-Azərbaycan sərhədi boyunca ilk şərti patrul xidmətinə gediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa Müdafiə Agentliyi tviterdə məlumat yayıb.
Bildirilib ki, missiyanın işi iki ay üçün nəzərdə tutulub: "Növbəti iki ay ərzində Aİ-nin Müşahidə Missiyası etimad mexanizmlərini gücləndirmək və sərhəd komissiyalarının işinə töhfə vermək üçün Ermənistan tərəfdən Ermənistan-Azərbaycan sərhədində vəziyyətin monitorinqini aparacaq”.
Bizim.Media