M.Şevçenko: “Makron istəyir ki, Ermənistanla Azərbaycan arasında yeni müharibə başlasın” - VİDEO

M.Şevçenko: “Makron istəyir ki, Ermənistanla Azərbaycan arasında yeni müharibə başlasın” - VİDEO

Hazırda oxunan: M.Şevçenko: “Makron istəyir ki, Ermənistanla Azərbaycan arasında yeni müharibə başlasın” - VİDEO

101251

“Lyoşa Filatov adlı izləyicim yazır ki, “Maks, sən ermənilərə neynəmisən ki, bütün Fransada onlar sənin şəklini yandırırlar?!”. Cavab olaraq bildirim ki, mən hər zaman demişəm ki, “Qarabağ Azərbaycandır”. Erməni xalqını heç zaman təhqir etməmişəm. Sadəcə mən çalışmışam ki, onlara izah edim ki, Qarabağ Azərbaycan deməkdir. Mən həqiqəti demişəm.

Mən kimlərinsə xoşu gələcək deyə “Ara, Qarabağ heş zaman Azərbaycanın olmayıb, ermənilərin olub” deməmişəm.

Bəlkə də belə desəydim ermənilərin alqışlarını qazanardım. Və portiretim də yandırılmazdı. Lakin, mən hər zaman həqiqəti demişəm ki, “Qarabağ Azərbaycandır”. Əgər sizin bunu təkzib eliyəcək ikinci bir arqumentiniz varsa, buyurun ortaya qoyun”. 

Bizim.Media xəbər verir ki,bu fikirləri Rusiyalı ekspert və jurnalist Maksim Şevçenko özünün sosial şəbəkə hesabında çıxışı zamanı söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Makron tək Fransanı yox, NATO-nu da gözdən salır” – Avropalı jurnalistdən Azərbaycana DƏSTƏK


O, əlavə edib ki, bu yaxınlarda Makron hər kəsi təəccübləndirəcək şəkildə Azərbaycana qarşı bir növ müharibə elan elədi. Bu azmış kimi Makron Rusiyanı Azərbaycanın tərəfini saxlamaqda ittiham etdi. Nədi-nədi Putin də demişdi ki, “Qarabağ Azərbaycandır”... İlk baxışdan çoxları elə zənn edir ki, Makron erməniləri çox sevir. Amma bu qətiyyən belə deyil. Fransa istəyir ki, Ermənistanla Azərbaycan arasında yenidən müharibə başlasın, günahsız insanlar qırılsın. Fransızlar yeni genosid istəyir. Makron başda olmaqla Yelisey sarayındakılar istəyir ki, ermənilər kütləvi şəkildə öldürülsün. Bu bu qırğınlardan sonra fransızlar özlərini xilaskar kimi ortaya atsınlar. Halbuki, dünyada ən çox genosid həyata keçirən məhz elə fransızlar olub. Onların Afrikada törətdiyi kütləvi qırğınlar barədə kifayət qədər faktlar var. Birini mən deyim: Fransız əsgərinin əlində əlcazirli əsgərin kəsilmiş başı ilə verdiyi pozu kim görməyib ki?!”

Maksim Şevçenko onu da söyləyib ki, mənim Makrona münasibətim mənfidir. Çünki, o gicbəsər və yaramazdır:

“Bu yaramaz yeni müharibə ocağı axtarışındadır. Bu istisnasız belədir. O istəyir ki, Azərbaycan Ermənistan ərazisinə hücum etsin. Və bundan sonra Fransa rəsmi İrəvanın müraciətində əsasən müharibəyə tərəf kimi qoşulsun. Əslində, Makron bu cəbhəni Azərbaycana yox, Türkiyəyə qarşı açmaq istəyir. Amma o bir şeyi unudur ki, belə bir müharibə başlasa Rusiya da Türkiyənin yanında yer alacaq. Bu isə artıQ dünya müharibəsi deməkdir”.

Daha ətraflı aşağıdakı videoda:

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO