Prezidentin xüsusi nümayəndəsi Qubadlıdan YAZDI - FOTO 

Prezidentin xüsusi nümayəndəsi Qubadlıdan YAZDI - FOTO 

Hazırda oxunan: Prezidentin xüsusi nümayəndəsi Qubadlıdan YAZDI - FOTO 

100964

Xəbər verdiyimiz kimi bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin ikinci ildönümüdür. 

Bizim.Media xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov şəxsi “Twitter” hesabında bununla bağlı paylaşım edib. 

“Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsindən 2 il ötür.Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırdı”,-deyə Prezidentin xüsusi nümayəndəsi qeyd edib. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO